Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1232
12.03.2025, 10:28
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində sağlamlığın mühafizəsinə dair tələblər müəyyənləşib.
Oxu24.com-un xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”də əksini tapıb.
Müəssisələrdə sağlamlığın mühafizəsinə dair tələblər aşağıdakılardır:
- uşaqların müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində uçota götürülməsinin təmin olunması, “Uşaqların icbari dispanserizasiyası haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada uşaqların icbari dispanserizasiyadan keçirilməsinin nəzarətdə saxlanılması;
- müəssisə daxilində hər uşaqla bağlı aparılmış müayinə və müalicə- sağlamlaşdırıcı tədbirlərin qeydiyyatının aparılması;
- tibbi müayinə və nəzarətə ehtiyacı olan uşaqların dövlət tibb müəssisələrinə müayinə və müddətli müalicəyə təxirə salınmadan göndərilməsi;
- epidemioloji və yoluxucu xəstəliklər, təbii fəlakətlər zamanı lazımi profilaktik tədbirlərin görülməsi;
- uşaqların yerli milli peyvənd təqviminə əsasən immunizasiyaya cəlb edilməsi;
- müəssisədə siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmış lazımi dərman və tibb vasitələri ilə təchiz olunmuş tibb otağının təşkil edilməsi;
- müəssisədə yaşayan uşaqların sağlamlığının qorunması məqsədilə stasionar müəssisələrin müvafiq təcridetmə otağı ilə təmin edilməsi;
- yoluxucu xəstəlik əlamətləri aşkar edilən şəxslərin ilkin tibbi müayinədən keçənədək təcrid otağında saxlanılması;
Həmçinin oxuyun
- dərman və tibb vasitələrinin tibb işçisi tərəfindən qeydiyyata alınması, eləcə də istifadə müddətlərinin daim nəzarətdə saxlanılması;
- təcrid otağında müayinədən keçən və ehtiyac olduqda təcrid otağında saxlanılan uşaqlar haqqında tibb müəssisəsinə yerləşdirildiyi günədək müəssisənin tibb işçiləri tərəfindən təyin edilmiş diaqnoz, xəstəliyin gedişatını göstərən müşahidə vərəqi, qəbul edilən dərman vasitələrinin adı və qəbul olunma qrafiki haqqında tibbi qeydiyyatın aparılması;
- müəssisədə dərman və tibb vasitələrinin saxlanılma dolabının kilidlənməsi;
- aşkar olunmuş bütün invaziyalaşmış uşaqların adı “Yoluxucu xəstəliklər” jurnalında qeydə alınaraq dərhal müalicəyə cəlb edilməsi;
- uşaqların psixoloji, sosial inkişafına kömək edəcək proqramların hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi;
- uşağın səhhətində irəliləyişin müəyyən edilməsi məqsədilə təkrar qiymətləndirmənin aparılması;
- uşaqların fərdi-psixoloji vəziyyətinin qiymətləndirilməsi, nəticədən asılı olaraq müvafiq psixoloji yardımın göstərilməsi;
- uşaqların psixoloji, sosial inkişafının davamlı olaraq izlənilməsi, cəmiyyətə uyğunlaşması məqsədilə davranışının korreksiyası, onların tibbi, sosial reabilitasiyası, habelə psixoloji reabilitasiya və psixoloji korreksiyasının təmin olunması;
- göstərilən psixoloji yardımların nəticələrinin qeydiyyatının aparılması;
- müxtəlif səbəblərdən müəssisəni tərk edəcək uşaqla onun yeni mühitə psixo-sosial adaptasiyası məqsədilə psixoloji söhbətlərin aparılması, psixoloji dəstəyin göstərilməsi;
- uşaqların sağlamlığının qorunması ilə bağlı əyani-təşviqat xarakterli tədbirlərin keçirilməsi, şəxsi gigiyena qaydaları ilə bağlı söhbətlərin aparılması;
- şəxsi gigiyena məqsədilə uşaqların gigiyenik vasitələrlə təmin edilməsi.
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.